Bakı. Trend:
“Sabah” Misli Premyer Liqasında ardıcıl 10-cu qələbəsiniqazanıb.
Trend xəbərverir ki, Bakı klubu seriyasını yubiley həddinə XXI turdaçatdırıb.
Paytaxt təmsilçisi evdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.“Sabah” bunadək “İmişli”ni 3:0, “Neftçi”ni 2:0, “Turan Tovuz”u 3:1,“Qarabağ”ı 2:1, “Sumqayıt”ı 3:1, “Karvan-Yevlax”ı 4:1, “Zirə”ni3:1, “Araz-Naxçıvan”ı 4:1, “Qəbələ”ni 1:0 hesabı ilə üstələyib.
Klub tarixində ilk dəfə belə seriyaya imza atan “Sabah” turnirintarixində ən azı 10 qələbəni sıralayan 9-cu komandadır. Bunadək 8klub 17 seriyaya imza atıb. Cari mövsüm qeydə alınan bu seriya isə18-cidir.
“Neftçi” hamıdan çox – 6 dəfə ən azı 10 ardıcıl görüşdə qalibgəlib. “Qarabağ”ın 4, “Şəmkir”in 2 belə seriyası var. “Bakı”,“Kəpəz”, “Turan”, “Xəzər” (Sumqayıt) və “Xəzər Lənkəran” isə“Sabah” kimi bir dəfə ardıcıl qələbə seriyasını ikirəqəmli ədədəçatdırıb.
Qeyd edək ki, “Sabah” növbəti turda “Qarabağ”laqarşılaşacaq.