Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib...
Poliqon xəbər verir ki, bunu Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasında “Açıq qapı günü” tədbirində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev deyib.
Məlumata görə, həmin şəxslərdən 5 638 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad edilib.
Amnistiya tətbiq olunan şəxslərdən 572 nəfəri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, qadınlar, əlillər, 18 yaşına çatmayanlar şəxslərdir.
Poliqon.info