AZ

Amnistiya aktı nəticəsində 878 nəfər şərti cəzadan azad olunub

Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının tətbiqi nəticəsində 878 nəfər şərti cəzadan azad edilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.

Qeyd olunub ki, həmin şəxslərdən 826 nəfər azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınanlar, 52 nəfəri isə digər cəzalara şərti məhkum edilənlər, şərti olaraq vaxtından əvvəl azad edilənlər və cəzası təxirə salınan şəxslərdir.

"Cebheinfo.az"

Seçilən
10
5
cebheinfo.az

10Mənbələr