AZ

6 ayda 5 yaxınını itirən jurnalist: Vəkili məhkəməyə müraciət etdi

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısının dəfninə buraxılması üçün məhkəməyə müraciət edilib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.

“Dünən axşam 21:30-da məlumat aldıq ki, Şəmşad Ağanın bacısı Zəminə Ağayeva Rusiyada rəhmətə gedib. Hazırda onun cənazəsinin Bakı şəhərinə gətirilməsi prosesi başlanıb. Şəmşadın dəfndə iştirakı üçün məhkəməyə müraciət edilib”, - vəkil deyib.

Z.Sadıqova xatırladıb ki, bu, son 6 ay içində Şəmşad Ağanın 5-ci yaxınıdır ki, vəfat edib:

“Xalası Rüstəmova Xanımbacı Mürsəl qızı 15 iyun 2025-ci ildə;

Dayısı Rüstəmov Cabir Mürsəl oğlu 30 oktyabr 2025-ci ildə;

Qardaşı qızı Ağalı Səma Cəmşid qızı 11 oktyabr 2025-ci ildə;

Anası Ağayeva Zərifə Mürsəl qızı 29 yanvar 2026-cı ildə;

Bacısı Ağayeva Zəminə İslam qızı 23 fevral 2026-cı ildə”.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

Şəmşad Ağa 2025-ci ilin fevralında saxlanılıb.

"Cebheinfo.az"

Seçilən
11
2
cebheinfo.az

3Mənbələr