AZ

6 ayda 5 yaxınını itirən jurnalist Vəkili məhkəməyə müraciət etdi

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın bacısının dəfninə buraxılması üçün məhkəməyə müraciət edilib.Modern.az xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova bildirib.

“Dünən axşam 21:30-da məlumat aldıq ki, Şəmşad Ağanın bacısı Zəminə Ağayeva Rusiyada rəhmətə gedib. Hazırda onun cənazəsinin Bakı şəhərinə gətirilməsi prosesi başlanıb. Şəmşadın dəfndə iştirakı üçün məhkəməyə müraciət edilib”, - vəkil deyib.Z.Sadıqova xatırladıb ki, bu, son 6 ay içində Şəmşad Ağanın 5-ci yaxınıdır ki, vəfat edib:“Xalası Rüstəmova Xanımbacı Mürsəl qızı 15 iyun 2025-ci ildə;

Dayısı Rüstəmov Cabir Mürsəl oğlu 30 oktyabr 2025-ci ildə;

Qardaşı qızı Ağalı Səma Cəmşid qızı 11 oktyabr 2025-ci ildə;

Anası Ağayeva Zərifə Mürsəl qızı 29 yanvar 2026-cı ildə;

Bacısı Ağayeva Zəminə İslam qızı 23 fevral 2026-cı ildə”.Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.Şəmşad Ağa 2025-ci ilin fevralında saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
modern.az

3Mənbələr