Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.

Leqal.info xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.

Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.

Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.

“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, - Kallas vurğulayıb.

Leqal.info