AZ

"Tramp Ukraynaya yox, Rusiyaya təzyiq etməlidir"

"Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir".

Redaktor.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "Bloomberg" TV-yə müsahibəsində bildirib.

Kallas deyib ki, ABŞ-nin Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.

Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.

“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, - Kallas əlavə edib.

Seçilən
0
5
redaktor.az

6Mənbələr