Türkiyənin Balıkesir vilayəti ərazisində F-16 tipli qırıcı təyyarə qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub. Hadisə yerli vaxtla saat 00:50 radələrində, təyyarə planlaşdırılmış tapşırığı yerinə yetirərkən qeydə alınıb. Qəza nəticəsində pilot həlak olub.
Türkiyə Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirliyin açıqlamasına görə, hadisədən sonra əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub və təyyarənin qalıqları aşkar edilib.
Qeyd olunub ki, qəzanın başvermə səbəbləri xüsusi yaradılmış araşdırma komissiyası tərəfindən müəyyən ediləcək.