AZ

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölən var

10:18 25.02.2026
10:18 25.02.2026

Türkiyənin Balıkesir vilayəti ərazisində F-16 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

Mynews.az xəbər verir ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub. Hadisə yerli vaxtla saat 00:50 radələrində, təyyarə planlaşdırılmış tapşırığı yerinə yetirərkən qeydə alınıb. Qəza nəticəsində pilot həlak olub.

Türkiyə Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirliyin açıqlamasına görə, hadisədən sonra əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub və təyyarənin qalıqları aşkar edilib.

Qeyd olunub ki, qəzanın başvermə səbəbləri xüsusi yaradılmış araşdırma komissiyası tərəfindən müəyyən ediləcək.


Seçilən
1
5
mynews.az

6Mənbələr