AZ

ABŞ millisinin üzvü "Yuventus"da qalacaq

"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan Ueston Makkenni ilə razılığa gələ bilib.

Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi amerikalı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.

Bu barədə insayder Fabritsio Romano məllumat yayıb.

Makkenni ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb. 27 yaşlı futbolçunun illik maaşı 4 milyon avro olacaq.

Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Fransa millisinin üzvü MLS yolunda

La Liqa klubunda ayrılıq - RƏSMİ

"Fənərbaxça"da 4 ciddi itki

Vinisius qərarını verdi - “Real”da qalacaq

Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA

Seçilən
0
3
apasport.az

5Mənbələr