AZ

Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,4 faiz azalaraq 151,9 min nəfər olmuşdur. 

Marja xəbər verir ki, vətəndaşlarımızın 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,0 faiz az), 15,8  faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) getmişdir. 

Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil etmişdir.

İş elanları AzVak.az-da

Seçilən
2
7
marja.az

10Mənbələr