AZ

Yanvarda xaricə səfər edən azərbaycanlıların sayı açıqlanıb

Cari ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin yanvar ayı ilə müqayisədə 1,4 faiz azalaraq 151,9 min nəfər olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşların 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2 faiz az), 15,8 faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) gedib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

Hesabat ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

"Cebheinfo.az"

Seçilən
1
7
cebheinfo.az

10Mənbələr