AZ

İki nəfəri öldürsə də, gözəlliyinə görə fenomen oldu Foto

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Cənubi Koreyada iki nəfərin ölümü ilə bağlı həbs edilən 20 yaşlı qadın barəsində yayılan məlumatlar sosial mediada rezonans doğurub.

“Qafqazinfo” xəbər verir ki, qətldə şübhəli bilinən və mediada Kim Mo kimi təqdim olunan şəxsin fotosu internetdə yayıldıqdan sonra onun sosial şəbəkə hesablarına maraq kəskin artıb.

Belə ki, qadın iki kişiyə narkotik tərkibli maddə qatılmış içki verməkdə və nəticədə onların ölümünə səbəb olmaqda ittiham olunur. O, ifadəsində içkilərə maddə qarışdırdığını etiraf etsə də, onların öləcəyini gözləmədiyini bildirib.

Şübhəlinin sosial media hesabları “qətl şübhəlisi ifşa olunur” başlığı ilə paylaşıldıqdan sonra izləyici sayı qısa müddətdə 265-dən 10 minə yüksəlib. Paylaşımlara minlərlə şərh yazılıb. Rəylərin bir qismində qadın tənqid olunsa da, digər istifadəçilər onun azadlığa buraxılmasını tələb edib və hətta görünüşünə görə müdafiə ediblər.

İstintaq çərçivəsində qadının mesajlaşmaları da araşdırılıb. Bildirilir ki, o, narkotik və spirtli içki qarışığının təhlükələri barədə “ChatGPT” vasitəsilə sorğu aparıb və sistem tərəfindən bunun yüksək riskli olduğu barədə xəbərdarlıq alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
35
qafqazinfo.az

10Mənbələr