Efiopiyada bir televiziya proqramında nümayiş edilən şou ölkədə etirazla qarşılanıb.Metbuat.az xəbər verir ki, ABŞ-də nümayiş olunan məşhur tanışlıq şousu "The Bachelor"un Afrika versiyası Efiopiyada böyük ajiotaj yaradıb. 10 qadının bir kişinin qəlbini qazanmaq üçün yarışdığı şou, yüz minlərlə izlənilib və izləyici rekordlarını qırıb. Veriliş eyni zamanda cəmiyyətin mühafizəkar təbəqələrinin etirazına səbəb olub. Şounun ulduzu ABŞ-nin Dallas şəhərində dünyaya gələn Messiah Hailemeskel olub. 10 qadın iştirakçı Hailemeskelin qəlbini qazanmaq üçün yarışıb. Müsabiqə boyunca iştirakçılara yataq reklamı hazırlamaq kimi qeyri-adi tapşırıqlar verilib.