AZ

Ögey anasını qətlə yetirdi

Şamaxıda qətl hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Şamaxıda oğul ögey anasını qətlə yetirib.

    Hadisə fevralın 26-da gecə saatlarında qeydə alınıb. Belə ki, rayonun Şərifzadə küçəsi, 37 nömrəli evdə yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    8
    11
    bakivaxti.az

    10Mənbələr