AZ

Paşinyan Anna Akopyanın ondan ayrılmağına münasibət bildirib - YENİLƏNİB

"Annanın qərarına hörmətlə yanaşıram".

APA xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial media hesabında yazıb.

"Son 30 ildə həyatımın bütün çətin günlərində o mənim yanımda olub, dayağım və arxam olub. Əmin deyiləm ki, mən də onun üçün belə olmuşam. Bəlkə də ona daha çox kədər yaşatmışam, buna görə üzr istəyirəm", - o deyib.

***

08:52

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir.

Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir.

Yaşayış xərclərinə gəldikdə isə, o, hesabında 5 milyon dram qaldığını bildirib.

O, qeyd edib ki, "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.

Baş nazir Nikol Paşinyan da Anna Akopyanla ayrıldıqlarını təsdiqləyib və onun qərarına hörmətlə yanaşdığını təsdiqləyib.

Seçilən
16
6
apa.az

10Mənbələr