Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət iqamətgahını tərk etdiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, o bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir.
Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı daşınmaz əmlak hələ tikilməkdədir.
Yaşayış xərclərinə gəldikdə isə, o, hesabında 5 milyon dram qaldığını bildirib.
O, qeyd edib ki, “Mənim Addımım” fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.
Baş nazir Nikol Paşinyan da Anna Akopyanla ayrıldıqlarını təsdiqləyib və onun qərarına hörmətlə yanaşdığını bildirib: “Annanın qərarına hörmət edirəm. Son 30 ildə bütün çətin günlərimdə yanımda olub, mənim sığınacağım və dayağım. Əmin deyiləm ki, onun üçün nə vaxtsa belə olmuşam. Bəlkə də daha çox ağrı-acılıq yaratmışam, üzr istəyirəm.”