Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat və 126 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta