AZ

Göyçay sakinindən avtomat və narkotik götürülüb

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Göyçayda saxlanılan şəxsdən narkotik vasitə və avtomat götürülüb.

BAKU.WS xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də dəfələrlə məhkum olunmuş 33 yaşlı Əlixan Məmmədov saxlanılıb.

Onun yaşadığı ünvandan psixotrop maddə olan metamfetamin, eləcə "Kalaşnikov" markalı avtomat və 126 ədəd patron aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ə.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
18
baku.ws

10Mənbələr