Xəbər verdiyimiz kimi, Bakıda Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.
Medicina.az xəbər verir ki, mərhum həkimin bacısı Səkinə Əhədova bacısının həkim səhvindən dünyasını dəyişdiyini iddia edib:
"Bacımı bu günə qoyan həkimlərin Allah bəlasını versin. Bacım 25 gün reanimasiyada yatdı".
S. Əhədova əlavə edib ki, o, zobundan əməliyyat olunmuşdu:
"2-ci gün ayıldı, gəzirdi, amma uzana bilmirdi,Ağrıdan ölürdü, otura bilmirdi. Boynundan belinə kimi ağrıdan sızıldayırdı. Həkimi əməliyyatdan sonra 1 dəfə də olsun palataya gəlib xəstəsinə baxmadı. Dedi ki, mənlik deyil. 3 gün yemək yeyə bilməyən, uzana bilməyən, yata bilməyən bacıma gəlib sonradan nə iynəsi vurdularsa komaya düşdü. 25 gün reanimasiyada qaldı. Başqa həkimlər gətizdirdik komadan çıxartdılar. Amma dili tutuldu, gəzə bilmədi.Yenə də Allahıma şükür etdik ki, sağdır. Loqoped gətizdirdik dilini müalicə elətdirirdik. Dilini tərpədə bilirdi. Artıq sevinirdik ki ümid yerimiz var, sağalacaq, çıxacaq reanimasiyadan. Görəcəyik onu. Balalarına qovuşacaq".
Şikayətçi bildirib ki, xəstənin süni tənəffüs yolunda olan aparatı səhv salınaraq şah damarına toxunulub:
"Şah damarını partlatdılar. Bacım qanaxmadan öldü".
Aygün
Medicina.az