ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib. 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığı və bu səbəbdən həyatını itirdiyi bildirilir.Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun bacısı Səkinə Əhədova bacısının həkim səhlənkarığı səbəbindən həyatını itirdiyini qeyd edib:“Bacım zobdan əməliyyat olundu, 2-ci günü ayıldı. Gəzirdi, amma uzana bilmirdi. Ağrıdan ölürdü, otura bilmirdi. Boynundan belinə kimi ağrıdan sızıldayırdı. Həkimi əməliyyatdan sonra bir dəfə də olsun palataya gəlib xəstəsinə baş çəkmədi. Dedi ki, mənlik deyil. 3 gün yemək yeyə, uzana, yata bilməyən bacıma sonradan gəlib nə iynəsi vurdularsa, komaya düşdü. 25 gün reanimasiyada qaldı.Başqa həkimlər gətizdirdik, bacımı komadan çıxartdılar. Amma dili tutuldu, gəzə bilmədi. Yenə də Allahıma şükür etdik ki, sağdır. Loqoped gətizdirdik, dilini müalicə elətdirirdik, artıq dilini tərpədə bilirdi. Sevinirdik ki , ümid yerimiz var, sağalacaq, reanimasiyadan çıxacaq, onu görəcəyik, balalarına qovuşacaq. Amma süni tənəffüs yolunda olan aparatı səhv salaraq şah damarına toxunub şah damarını partdatdılar. Bacım qanaxmadan öldü”.Qeyd edək ki, G.Əkbərova 2012-ci ildən Xəzər Tibb Mərkəzində Doğum və ginekologiya şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.