AZ

Cəlal Hüseynov “Spartak”a qarşı 16 dəqiqə oynadı – ARENA.AZ

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 23-cü turu çərçivəsində Varna “Spartak”ı ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyunda “Arda” qələbəyə sevinib – 1:0. Hüseynov bu görüşün 74-cü dəqiqəsində meydana buraxılıb.

“Arda” 23 turdan sonra 31 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 8 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 71 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
10
arena.az

10Mənbələr