AZ

Gəncədə 3 yaşlı uşaq belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqlarının dəmir qapı ilə çərçivəsi arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
 
Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.
Seçilən
11
12
moderator.az

10Mənbələr