Gəncə şəhəri Eminbəyli küçəsində 3 yaşlı uşağın barmaqları dəmir qapı arasında qalıb.
“Cebheinfo.az” xəbər verir ki, təhlükəli vəziyyətin yaranması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.
“Cebheinfo.az”