Dortmund "Borussiya"sının kapitanı Emre Can zədələnib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi Bundesliqanın "Bavariya" ilə oyununda (2:3) sıradan çıxıb. Onun sol dizinin ön çarpaz bağı zədələnib. Futbolçunun uzun müddət yaşıl meydandlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Emre Can bu mövsüm 16 oyunda iştirak edib və 3 qol vurub.