"Fənərbaxça" ciddi itki ilə üzləşib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Nelson Semedo sıradan çıxıb.
Klubun yaydığı açıqlamada bildirilib ki, portuqaliyalı futbolçu Superliqanın 24-cü turunun "Antalyaspor"la oyununda dizindən zədə alıb. "TRT Spor"un məlumatına görə, 32 yaşlı müdafiəçi təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Nelson Semedo bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 32 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.