ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə yayımlanan "Yeraltı" serialı ilə bağlı yeni iddia gündəmə gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, məşhur aktyor Necati Şaşmaz ekran işinin aktyor heyətinə qoşula bilər.
Hələlik onun layihədə hansı obrazı canlandıracağı açıqlanmayıb. Lakin bu xəbər artıq serialın izləyiciləri arasında maraq və müzakirələr yaradıb.
Qeyd edək ki, "Yeraltı" serialında əsas rolları Devrim Özkan, Uraz Kaygılaroğlu və Deniz Can Aktaş paylaşırlar.
Xatırladaq ki, Necati Şaşmaz geniş tamaşaçı auditoriyasına "Kurtlar Vadisi" serialındakı "Polad Alemdar" obrazı ilə tanınıb. Bundan əvvəl isə layihəyə Muhammed Cangören və Sefa Zengin də daxil olub.
Aktyorun seriala qatılıb-qatılmayacağı ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Hüseyn
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.