AZ

Necati Şaşmaz illər sonra yenidən efirdə

Yazını böyüt
Yazını kiçilt

Türkiyədə yayımlanan "Yeraltı" serialı ilə bağlı yeni iddia gündəmə gəlib.

Hafta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor Necati Şaşmaz ekran işinin aktyor heyətinə qoşula bilər. Hələlik onun layihədə hansı obrazı canlandıracağı açıqlanmayıb. Lakin bu xəbər artıq serialın izləyiciləri arasında maraq və müzakirələr yaradıb.

Qeyd edək ki, "Yeraltı" serialında əsas rolları Devrim Özkan, Uraz Kaygılaroğlu və Deniz Can Aktaş paylaşırlar.

Xatırladaq ki, Necati Şaşmaz geniş tamaşaçı auditoriyasına "Kurtlar Vadisi" serialındakı "Polad Alemdar" obrazı ilə tanınıb. Bundan əvvəl isə layihəyə Muhammed Cangören və Sefa Zengin də daxil olub.

Aktyorun seriala qatılıb-qatılmayacağı ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Seçilən
10
3
hafta.az

4Mənbələr