AZ

Premyer Liqada ilk dəfə!

Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXII turuna təsadüf edib

. “Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb. 1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.

İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb.

Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.

“Sabah” tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan”a məxsus rekordu təkrarlayıb.

“Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

Seçilən
29
10
sportinfo.az

10Mənbələr