AZ

Avrokomissar Yorgensenin Azərbaycana səfər proqramı məlum oldu

Bakı. Trend:

Sabah Avropa İttifaqının Energetika və Mənzil siyasəti üzrəkomissarı Dan Yorgensen Avropa İttifaqı ilə Azərbaycan arasındaenerji tərəfdaşlığının möhkəmləndirilməsi və dərinləşdirilməsiməqsədilə Bakıya səfər edəcək.

Bu barədə TrendAvropa Komissiyasına istinadən məlumat verir.

Məlumata görə, o, Azərbaycanın Energetika naziri Pərviz Şahbazovilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının NazirlərŞurasının 12-ci iclasına və “yaşıl enerji” üzrə Məşvərət ŞurasınınNazirlər Şurasının 4-cü iclasına həmsədrlik edəcək.

Tərəfdaş hökumətlərin, institutların və şirkətlərinnümayəndələrini bir araya gətirən illik görüşlər strateji vəqarşılıqlı faydalı enerji tərəfdaşlığı çərçivəsində görülən işlərinyekun qiymətləndirilməsi və birgə öhdəliklərin təşviqi məqsədinidaşıyır.

“Azərbaycan Aİ-nin enerji təchizatının şaxələndirilməsi vəRusiyanın fosil enerji daşıyıcılarından imtina səylərində mühüm roloynayır. Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükləri “REPowerEU”təşəbbüsünün məqsədlərinə uyğun olaraq Avropada dahaşaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təminatına töhfə verir.Bundan əlavə, Azərbaycanın zəngin bərpa olunan enerji resurslarıAvropa şirkətləri üçün geniş imkanlar və ölkənin iqtisadi inkişafıüçün yeni perspektivlər yaradır. Qeyd olunub ki, ümumi enerjitəhlükəsizliyinin, rəqabət qabiliyyətinin və karbonsuzlaşdırmaməqsədlərinin təmin edilməsi baxımından əməkdaşlığıngücləndirilməsi əsas prioritet olaraq qalır”,- AvropaKomissiyasından bildirilib.

Bakıda komissar həmçinin Azərbaycan rəsmiləri, eləcə dəMoldovanın energetika naziri Dorin Yunqhietu ilə ikitərəfligörüşlər keçirəcək.

Nazirlər Şuralarının iclasları başa çatdıqdan sonra Yorgensen vəŞahbazov birgə mətbuat konfransı keçirəcəklər.

Məqalədə:
Seçilən
16
5
az.trend.az

6Mənbələr