Bakı. Trend:
Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 34-cüildönümü ilə əlaqədar anım tədbirləri təşkil olunaraq faciəqurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, Krivoy Roq şəhərində Qolodomor qurbanlarına həsrolunan abidə önünə toplaşan soydaşlarımıza və yerli ictimaiyyətinnümayəndələrinə baş verən soyqırımının tarixi faktları, dincəhaliyə qarşı törədilən vəhşiliklər barədə ətraflı məlumat verilib.Çıxış edənlər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinəçatdırılmasının vacibliyini vurğulayıblar. Sonda iştirakçılarxatirə abidəsinin önünə qərənfillər düzüb, hər iki faciəninqurbanlarına dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Odessa vilayətində fəaliyyət göstərən “Birlik” diasportəşkilatının təşəbbüsü keçirilən anım tədbirində əvvəlcə Xocalıfaciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. İştirakçılar Xocalı həqiqətlərininbeynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayaraq bufaciənin unudulmamasının hər bir azərbaycanlının mənəvi borcuolduğunu deyiblər. 34 il ötməsinə baxmayaraq həmin gecəninkədərinin və ağrısının Azərbaycan xalqının yaddaşından silinmədiyidiqqətə çatdırılıb.