AZ

Ukraynadakı soydaşlarımız Xocalı soyqırımı qurbanlarını anıblar (FOTO)

Ukraynanın bir sıra şəhərlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri təşkil olunaraq faciə qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Krivoy Roq şəhərində Qolodomor qurbanlarına həsr olunan abidə önünə toplaşan soydaşlarımıza və yerli ictimaiyyətin nümayəndələrinə baş verən soyqırımının tarixi faktları, dinc əhaliyə qarşı törədilən vəhşiliklər barədə ətraflı məlumat verilib. Çıxış edənlər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar. Sonda iştirakçılar xatirə abidəsinin önünə qərənfillər düzüb, hər iki faciənin qurbanlarına dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Odessa vilayətində fəaliyyət göstərən "Birlik" diaspor təşkilatının təşəbbüsü keçirilən anım tədbirində əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayaraq bu faciənin unudulmamasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu deyiblər. 34 il ötməsinə baxmayaraq həmin gecənin kədərinin və ağrısının Azərbaycan xalqının yaddaşından silinmədiyi diqqətə çatdırılıb.

Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Ukraynadakı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
5
olaylar.az

6Mənbələr