Azərbaycanın qadınlardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
QOL.az xəbər verir ki, C Liqasının 3-cü qrupunun matçında Siyasət Əsgərovun rəhbərlik etdiyi yığmamız Bakıda Şimali Makedoniya ilə üz-üzə gələcək.
“Dalğa Arena”da keçiriləcək və saat 15:00-da start götürəcək görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, yığmamızın qrupdakı digər rəqibləri Macarıstan və Andorra milliləridir.
3 mart
15:00. Azərbaycan (Qadınlar) - Şimali Makedoniya (Qadınlar)
Hakimlər: Anna Adamska, Julia Bukaroviç, Angelika Novak, Mixalina Diakov (hamısı Polşa)
“Dalğa Arena”