AZ

Azərbaycan millisi qələbə QAZANDI

Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Bizim.Media xəbər verir ki, yığmamız C Liqasının 3-cü qrupunun oyununda Şimali Makedoniya millisini qəbul edib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 2:0 hesablı qələbə qazanıb. Matçda hər iki qolun müəllifi Sevinc Cəfərzadə olub.

Qeyd edək ki, yığmamızın qrupdakı digər rəqibləri Macarıstan və Andorra milliləridir.

Naibə, Bizim.Media

Seçilən
77
1
bizim.media

6Mənbələr