“Real” daha üç futbolçu itkisi ilə üzləşib.
Msport.az xəbər verir ki, Madrid təmsilçisinin oyunçularından Din Heysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın XXVII turunda “Selta” ilə matçda iştirak edə bilməyəcəklər.
Onlar “Xetafe”yə 0:1 hesabı ilə uduzduqları XXVI turun qarşılaşmasında cəzalı duruma düşüblər. Heysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün bu halla üzləşib.
“Xetafe” ilə görüşdə Rauf Asensio, Cud Bellinqem, Eduardo Kamavinqa, Dani Sebalyos, Eder Militao və Kilian Mbappe zədə səbəbindən meydana çıxa bilməyiblər.
Qeyd edək ki, “Selta” – “Real” oyunu martın 6-da keçiriləcək.