AZ

"Real"da problemlər bitmir

style='margin-bottom:10px;'>

“Real” ciddi itkilərlə üzləşib.

QOL.az xəbər verir ki, Din Heysen, Alvaro Karreras və Franko Mastantuono La Liqanın 27-ci turunda “Selta” ilə matçda iştirak edə bilməyəcəklər.

Onlar 26-cı turda  “Xetafe”ya uduzduqları (0:1) qarrşılaşmasında cəzalı duruma düşüblər. Heysen və Karreras sarı vərəqə aldıqları, Mastantuono isə birbaşa qırmızı vərəqə gördüyü üçün cəzalı duruma düşüb.

Xatırladaq ki, “Xetafe” ilə görüşdə Rauf Asensio, Cud Bellinqem, Eduardo Kamavinqa, Dani Sebalyos, Eder Militao və Kilian Mbappe zədə səbəbindən meydana çıxa bilməyiblər.

“Selta” – “Real” oyunu martın 6-dan 7-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
140
3
teleqraf.com

5Mənbələr