AZ

İsrailin müdafiə naziri Xameneinin yerinə gələcək şəxsi öldürməklə hədələyib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əli Xameneinin yerinə təyin ediləcək hər hansı bir lider açıq hədəf olacaq və aradan qaldırılacaq.

APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında bildirib.

Nazir qeyd edib ki, İran tərəfindən İsraili məhv etməyi, ABŞ-ı və azad dünyanı, region ölkələrini təhdid etməyi və İran xalqını təzyiq altında saxlamağı davam etdirmək üçün təyin edilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq.

Katzın sözlərinə görə, onun adı nə olursa-olsun və harada gizlənirsə-gizlənsin, heç bir fərqi yoxdur.

“Biz amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının onu devirmək və başqa bir hakimiyyətlə əvəz etmək üçün şərait yaratmaq məqsədilə tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik”, - Katz vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
8
apa.az

10Mənbələr