AZ

Xameneinin yerinə seçiləcək lider məhv ediləcək

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əli Xameneinin yerinə təyin ediləcək hər hansı bir lider açıq hədəf olacaq və aradan qaldırılacaq.

Axar.az xəbər verir ki, bu bəyanatı İsrailin müdafiə naziri İsrail Katz X hesabında yazıb.

“İranın terror rejimi tərəfindən İsraili məhv etməyi, ABŞ-ı və azad dünyanı hədələməyi, region ölkələrini təhdid etməyi və İran xalqını təzyiq altında saxlamağı davam etdirmək üçün təyin edilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq. Onun adı nə olursa-olsun və harada gizlənirsə-gizlənsin, heç bir fərqi yoxdur.

Biz amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının onu devirmək və yerini başqa bir hakimiyyətlə əvəz etmək üçün şərait yaratmaq məqsədilə tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik”, - Katz vurğulayıb.

Qeyd edək ki, Ekspertlər Məclisinin ötən gün Əli Xameneinin oğlu Müctəba Xameneini yeni lider seçdiyi barədə məlumat təkzib edilib. Bildirilib ki, seçim hələ baş tutmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
8
axar.az

10Mənbələr