AZ

Məzunların məşğulluğu ilə bağlı “Kadr indeksi” layihəsi

Yazını böyüt
Yazını kiçilt

Dövlət Məşğulluq Agentliyi (DMA) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında ali təhsil müəssisəsinin məzunlarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi və kadr potensialının artırılması məqsədilə növbəti işgüzar görüş keçirilib.

Hafta.az xəbər verir ki, görüş çərçivəsində DMA-nın nümayəndə heyəti tərəfindən ADAU-nun rektoruna “Kadr indeksi” layihəsi təqdim edilib.

Layihənin əsas məqsədi universitetdə tədrisin keyfiyyətinin əmək bazarının müasir tələblərinə uyğunluğunu qiymətləndirmək, məzunların məşğulluq göstəricilərini təhlil etmək və aqrar sahədə ixtisaslı kadr hazırlığını rəqəmsal meyarlar əsasında optimallaşdırmaqdır.

Tədbirin ikinci hissəsində ADAU tələbələri üçün TPİX (Təcrübə, Peşəkarlıq, İnkişaf və Xidmət) formatında panel müzakirə təşkil olunub.

Tələbələrlə karyera planlaşdırılması və iş axtarışı strategiyaları, müasir aqrar texnologiyalarla işləmək üçün zəruri yumşaq bacarıqlar, müsahibə mərhələsində uğur qazanmağın yolları və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bu kimi görüşlərin tələbələrin peşəkar inkişafı və əmək bazarına daha hazırlıqlı çıxışı baxımından əhəmiyyətini vurğulayıb.

Seçilən
77
3
hafta.az

4Mənbələr