AZ

ADAU da məzunların məşğulluğu ilə bağlı yeni layihə təqdim edilib FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dövlət Məşğulluq Agentliyi (DMA) və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında ali təhsil müəssisəsinin məzunlarının əmək bazarına inteqrasiyasının gücləndirilməsi və kadr potensialının artırılması məqsədilə növbəti işgüzar görüş keçirilib."Unikal" xəbər verir ki, görüş çərçivəsində DMA-nın nümayəndə heyəti tərəfindən ADAU-nun rektoruna “Kadr İndeksi” layihəsi təqdim edilib. Layihənin əsas məqsədi universitetdə tədrisin keyfiyyətinin əmək bazarının müasir tələblərinə uyğunluğunu qiymətləndirmək, məzunların məşğulluq göstəricilərini təhlil etmək və aqrar sahədə ixtisaslı kadr hazırlığını rəqəmsal meyarlar əsasında optimallaşdırmaqdır.Tədbirin ikinci hissəsində ADAU tələbələri üçün TPİX (Təcrübə, Peşəkarlıq, İnkişaf və Xidmət) formatında panel müzakirə təşkil olunub. Qeyd olunan format çərçivəsində tələbələrlə karyera planlaşdırılması və iş axtarışı strategiyaları, müasir aqrar texnologiyalarla işləmək üçün zəruri yumşaq bacarıqlar, müsahibə mərhələsində uğur qazanmağın yolları və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bu kimi görüşlərin tələbələrin peşəkar inkişafı və əmək bazarına daha hazırlıqlı çıxışı baxımından əhəmiyyətini vurğulayıb.Görüşdə, həmçinin DMA-nın Mərkəzi Karyera filialının direktoru Nahid Nəsirov, həmin filialın Xidmət inkişafı şöbəsinin müdiri Nicat Həmidov, Sosial tərəfdaşlarla iş departamentinin müdiri Saleh Həsənov, Şəmkir Agroparkın İnsan resursları və inzibati işlər şöbəsinin rəhbəri Şəlalə Mövlayeva və Agentliyin Mərkəzi Karyera filialının Xidmət inkişafı şöbəsinin böyük mütəxəssisi Arzu Xəlilova iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
3
unikal.az

4Mənbələr