AZ

La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Alaves” klubu baş məşqçi vəzifəsində dəyişiklik edib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis Eduardo Koudetlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Komandanın yeni baş məşqçisi isə Kike Sançes Flores təyin olunub.

61 yaşlı ispaniyalı mütəxəssislə 2028-ci ilin iyun ayına qədər müqavilə imzalanıb. O, karyerası ərzində “Valensiya”, “Atletiko” və “Xetafe” kimi klublarda çalışıb. Floresin son iş yeri isə 2024-cü ilin iyununda ayrıldığı “Sevilya” olub.

Hazırda “Alaves” İspaniya La Liqasında 26 turdan sonra 27 xalla 16-cı pillədə qərarlaşıb. Komanda Eduardo Koudetin rəhbərliyi altında son beş oyunda cəmi iki xal toplayıb.

Seçilən
36
23
idmanxeber.az

10Mənbələr