AZ

"Real"ın istədiyi məşqçi açıqlandı

"Real Madrid" Massimiliano Alleqrinin xidmətində maraqlıdır. Metbuat.az xəbər verir ki, İspaniya nəhəngi italiyalı məşqçini mövsümün sonunda kluba gətirmək istəyir. "Corriere dello Sport" nəşrində dərc edilən xəbərə görə, “Real” Alleqri və ya Yurgen Kloppla çalışmaq istəyir. Lakin Yurgen Klopp məşqçi işləmək istəmədiyi barədə açıqlama vermişdi. Buna görə də, “Real” Massimiliano Alleqri ilə işləməyə üstünlük verir. İddialara görə, “Real” 2019-cu və 2021-ci illərdə Massimiliano Alleqriyə iki dəfə təklif irəli sürsə də, rədd cavabı alıb.

Qeyd edək ki, Massimiliano Alleqrinin “Milan”la müqaviləsi 2027-ci ildə yekunlaşır.

Seçilən
13
23
metbuat.az

10Mənbələr