Tbilisi, 4 mart, AZƏRTAC
Ermənistan və Azərbaycan arasında sülh, şübhəsiz ki, Cənubi Qafqaz regionunda mühiti yaxşılaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında bildirib. Baş nazir Gürcüstanın bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
“Gürcüstanın dəstəyi regionda üçtərəfli iqtisadi əməkdaşlığı gücləndirir”, - deyə Paşinyan qeyd edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi