AZ

Ermənistanın Baş naziri: Azərbaycanla sülh regiondakı mühiti yaxşılaşdırır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 4 mart, AZƏRTAC

Ermənistan və Azərbaycan arasında sülh, şübhəsiz ki, Cənubi Qafqaz regionunda mühiti yaxşılaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Tbilisidə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında bildirib. Baş nazir Gürcüstanın bu prosesə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

“Gürcüstanın dəstəyi regionda üçtərəfli iqtisadi əməkdaşlığı gücləndirir”, - deyə Paşinyan qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
azertag.az

5Mənbələr