AZ

Zaxarova Azərbaycana TƏŞƏKKÜR ETDİ

Kreml Rusiya vətəndaşlarının İrandan quru sərhədlərindən maneəsiz çıxışının təmin edilməsində göstərdikləri köməyə görə Azərbaycan, Ermənistan və Türkmənistan hakimiyyət orqanlarına minnətdardır.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O aydınlaşdırıb ki, “3 martda Rusiya səfirliyi işçilərinin ailə üzvləri olan qadın və uşaqlardan ibarət böyük bir qrup təcili olaraq Azərbaycana təxliyə edildi və daha sonra Moskvaya uçuş həyata keçirildi”.

Zaxarova rusiyalılara hələlik İrana səyahət etməməyi, orada olanlara isə mümkün qədər tez ölkəni tərk etməyi tövsiyə edib.

Musavat.com

Seçilən
11
22
musavat.com

10Mənbələr