Şri-Lanka sahillərində İran gəmisinə sualtı qayıq hücumu olub. Zərbədən sonra azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şri-Lankanın müdafiə nazirliyi adanın təxminən 25 mil cənubda batmış İranın "İris Dena" hərbi gəmisinin digər heyətini axtardığını bildirib.
Şri-Lankanın xarici işlər naziri Vajitha Herat parlamentə bildirib ki, yaralı dənizçilər adanın cənubundakı xəstəxanaya aparılıblar.
180 heyətdən ibarət freqat səhər tezdən təcili yardım siqnalı verib.
Ağarza Elçinoğlu