AZ

Hörmüz boğazında gəmi batıb, 3 indoneziyalı itkin düşüb

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üç indoneziyalı dənizçi cümə günü Hörmüz boğazında yedək gəmisinin batmasından sonra itkin düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziyanın Xarici İşlər Nazirliyi məlumat verib.

Nazirliyin bəyanatında bildirib ki, yedək gəmisinin ekipaj üzvlərindən biri Omanda müalicə olunur. Digər üç indoneziyalının axtarışları davam edir.

Nazirliyin açıqlamasına görə, gəmi batmazdan əvvəl partlayış baş verib və nəticədə yanğın yaranıb. Hadisə ilə bağlı araşdırma aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
4
yeniazerbaycan.com

10Mənbələr