AZ

Xamenei ilə vida mərasimi təxirə salındı

Tehranda mərhum dini lider Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.

Day.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da Tehranın İmam Xomeyni adına meydanında ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasiminin başlayacağı bildirilmişdi.

11:21

Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq.

Day.Az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və 3 gün 24 saat fasiləsiz davam edəcək.

Vida mərasim yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.

Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailin hava hücumları nəticəsində öldürülüb.

Seçilən
3
6
day.az

7Mənbələr