Tehranda mərhum dini lider Əli Xamenei ilə vida mərasimi təxirə salınıb.
Bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:00-da Tehranın İmam Xomeyni adına meydanında ABŞ və İsrailin zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasiminin başlayacağı bildirilmişdi.
____________
Saat - 11:21
Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimi bu gün başlayacaq.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və 3 gün 24 saat fasiləsiz davam edəcək.
Vida mərasim yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.
Qeyd edək ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrailin hava hücumları nəticəsində öldürülüb.