AZ

İran İsmayıl Qaanini edam edib?

Dünya fevralın 28-i səhərinə ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücum xəbərləri ilə oyandı. Məlumatlara görə, hücumlar nəticəsində İranın dini lideri başda olmaqla bir sıra yüksək vəzifəli şəxslərin öldürüldüyü bildirildi.

Hadisələr fonunda diqqət çəkən məqamlardan biri hücumdan sağ çıxan şəxs olub. 

"Unikal" xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaninin hücumdan salamat qurtulan yeganə yüksək rütbəli şəxs olduğu qeyd edilib.

Məlumata görə, Qaani əvvəlki illərdə də İsrailin iki hücumundan sağ çıxmışdı. Bu fakt onun barəsində “agent” iddialarının yenidən gündəmə gəlməsinə səbəb olub.

2020-ci ildə öldürülən keçmiş “Qüds” qüvvələri rəhbəri Qasım Süleymaninin yerinə təyin olunan və İran İnqilab Keşikçilərinin xarici əməliyyatlarına rəhbərlik edən Qaani yayılan iddialara münasibət bildirərək, “Prosesin sonunda həqiqətlər ortaya çıxacaq” sözləri ilə ittihamları təkzib edib.

Hadisənin əks-sədası davam edərkən, Qaaninin İran İnqilab Keşikçiləri tərəfindən sorğu-sual edildikdən sonra edam olunduğu iddia edilİB. Lakin geniş rezonans doğuran bu məlumat İran rəsmiləri tərəfindən rəsmi şəkildə təkzib olunub.

Seçilən
112
49
unikal.az

10Mənbələr